Ekspert: Cinayət məsuliyyətinin aradan qaldırılması hüquqi mübarizənin dayandırılması deyil

Ekspert: Cinayət məsuliyyətinin aradan qaldırılması hüquqi mübarizənin dayandırılması deyil

Bakı. Trend:

Cinayət məsuliyyətinin aradan qaldırılması hüquqi mübarizənin dayandırılması anlamına gəlməməlidir.

Bunu Trend-ə Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı hüquq üzrə fəlsəfə doktoru, ekspert Səbuhi Əliyev deyib.

O bildirib ki, daim dəyişən, inkişaf edən, yeni münasibətləri formalaşdıran, lakin bu inkişaf ilə paralel hüquqazidd əməllərin yarandığı cəmiyyətdə, münasibətlərin tənzimlənməsi, bu sahədə ümumi vəziyyətin təhlil olunması və lazımi iqtisadi-hüquqi tədbirlərin görülməsi olduqca vacibdir:

"Cinayət Məcəlləsinə, cəza sisteminin və ayrı-ayrı cinayət tərkiblərinin yaranmasının yenidən formalaşdırılmasını özündə ehtiva edən xeyli sayda dəyişikliklərin edilməsi təklif olunub və Milli Məclis bu təklifləri müzakirə edir. Qeyd olunan təkliflərin qəbul ediləcəyi təqdirdə Cinayət Məcəlləsinə kompleks dəyişikliklər edilmiş olacaq ki, bu dəyişikliklər içərisində yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əsas cəza növü kimi yenidən müəyyən ediləcək. Bundan əlavə, iqtisadi sahədə olan bəzi cinayətlər üzrə (məsələn, oğurluq, dələduzluq, soyğunculuq, quldurluq və s.) yeni ağırlaşdırıcı hal kimi əməlin “xüsusilə külli miqdarda ziyan vurmaqla” törədilməsi ayrıca cinayət tərkibi olaraq müəyyən ediləcək".

O qeyd edib ki, eyni zamanda bu dəyişikliklərlə, ümumiyyətlə əməlin cinayət olmasını şərtləndirən maddi ziyanın vurulması həddində də dəyişikliklər nəzərdə tutulur: "Məsələn, mövcud qanunvericiliyə görə, ağırlaşdırıcı hal olmadan, sadə tərkibdə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə əməlləri üzrə cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təklif olunan dəyişikliyə görə isə, eyni əməllər üzrə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranacaq. Məlumdur ki, bu dəyişikliklərin edilməsi ilə bağlı hüquqşünas alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülür. Məsələn, professor İlham Rəhimov, cinayətkarlara münasibətin hazırki durumda liberallaşdırılmasının tez olduğunu bildirib. Həqiqətən də, dəyişikliklərin əsas hissəsini təşkil edən iqtisadi sahədə cinayətlərin dinamikasında artmanın olmasını nəzərə alsaq, belə əməllərlə cinayət hüquqi deyil, inzibati və digər qaydada mübarizənin aparılmasının effektiv olacağına tam əmin ola bilmirik".

Ekspert qeyd edib ki, ümumi mənzərə bundan ibarətdir ki, bu dəyişikliklərlə cinayət-hüquq siyasətində humanist addımların atılması nəzərdə tutulub: "Məqsəd iqtisadi sahədə törədilən bəzi əməllərə görə cinayətlərin dekriminallaşdırılması, məsuliyyət müəyyən edilmiş tərkiblər üzrə isə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasını ən son vasitə kimi müəyyən edilməsidir. Prezident İlham Əliyevin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10.02.2017-ci il tarixli Sərəncamında da xüsusilə iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məhkumetmənin artmasını və bu sahədə dekriminallaşdırmanın aparılmasının labüd olduğu, ümumilikdə cəza siyasətində humanistləşdirmə islahatının aparılması istiqamətində tədbirlər görülməsinin vacibliyi vurğulanıb. Bu sahədə humanist addımların atılması özlüyündə hüquq-mühafizə orqanlarının üzərinə əlavə məsuliyyət müəyyənləşdirməlidir. Bu orqanlar tərəfindən qanunvericiliklə dekriminallaşdırılan əməllər yenidən təhlil olunmalı, onlarla mübarizənin yeni və effektiv metodları müəyyən edilməlidir. Belə əməllərə görə bəzi hallarda cinayət məsuliyyətinin aradan qaldırılması, onlarla mübarizənin dayandırılması anlamına gəlməməlidir. Çünki, bir daha qeyd edirəm ki, xüsusilə iqtisadi sahədə törədilən cinayətlərin dinamikasında artım müşahidə edilir və iqtisadi proseslər dərinləşdikcə bu sahədə yeni metodlarla cinayətlərin törədilməsinə rast gəlinir".

Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azərbaycanda stasionar telefonlardan imtina ediləcəkmi?
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
Azercell “Səyahət bu gün” mövzusu ətrafında müzakirə həyata keçirir
"Chrome"un Azərbaycanın internet bazarında payı artıb
"Chrome"un Azərbaycanın internet bazarında payı artıb
Loading Bars
Xəbər lenti
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Rusiyaya təhvil verib
"Real Madrid" Azad Rəhimovun vəfatı ilə bağlı başsağlığı verib
"Baku Book Center"də “Bir ömür belə keçdi” kitabının təqdimatı keçirilib (FOTO)
Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi yad edilib (FOTO)
Əsl simalarını dünyaya göstərsək, onlara təsir edəcəklər - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq
Azərbaycanda 2 057 nəfər COVID-19-dan sağalıb, 844 nəfər yoluxub
Bu il Azərbaycanda qeyri-neft ixracı artıb - Nazir
Koçaryan Paşinyanı məhkəməyə verdi - Ondan 4 min dollar istəyir
Qusarda qar daha çox bu ərazilərə yağıb
16 obyekt karantin qaydalarını pozduğuna görə cərimələnib
Hazırda 1200-dən çox şəxs daimi dövlət himayəsində yaşayır - Nazir
Odlar Yurdu Universitetində “Mən Qarabağam" layihəsi çərçivəsinə sərgi keçirilib (FOTO)
Bakıda piyada keçidinin üzərində yeni işıqlandırılma sistemləri tətbiq edilib (VİDEO)
ATƏT Minsk qrupunun son bəyanatında "hərbi əsirlər" ifadəsini işlətməməsi Ermənistanı hiddətləndirib
Kazım Qurbanov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib
AzEduNet şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək olacaq
Vergi və gömrük güzəştləri ilə bağlı Mərkəzləşdirilmiş Elektron Reyestr Sistemi yaradılıb
Azərbaycanlı idmançılar üçün yaradılmış imkanlar heyrətləndirir - Ukraynalı məşqçi Milli Gimnastika Arenası haqqında (VİDEO)
Gəncə Dövlət Universiteti ulu öndərin anadan olmasının 98-ci ildönümü ilə bağlı beynəlxalq konfransa ev sahibliyi edib (FOTO)
Bugünədək 295 minə yaxın fermerə 121 milyon manatdan çox subsidiya ödənilib
Millət vəkili Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirib (FOTO)
ANAMA yeni minatəmizləmə texnikaları almağı planlaşdırır
26 subartezian quyusunun qazılması üçün 1,82 milyon manat ayrılıb - Sərəncam
Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr olunan bilik yarışı keçirilib (FOTO/VİDEO)
Şuşaya çəkilən ikinci yolda işlər sürətləndirilib (VİDEO)
Vətən Müharibəsi qəhrəmanları ilə bağlı mənzillər, xatirə yerləri tarixi abidə hesab olunacaq
Şuşada İsa Bulağına yol çəkiləcək
Azərbaycan səhiyyəsi Heydər Əliyevin müəyyənləşdirdiyi strateji yolla inamla addımlayır
Qarabağda “yaşıl enerji” zonasının yaradılması üçün Yaponiya şirkəti ilə müqavilə imzalanıb
Qarabağda dinc həyatın təmin olunması üçün həyata keçirilən prosesləri siyasiləşdirmək lazım deyil - Lavrov
Vətən uğrunda döyüşlərə görə ordenlə təltif olunanların adları əbədiləşdiriləcək
Vətən Müharibəsi Qəhrəmanlarının dəfni ilə bağlı qayda müəyyən edilir
Balıqçı gəmilərinin hərəkəti ilə bağlı qaydalar dəyişir
Qazaxıstan şirkəti Azərbaycanda “ağıllı" kənd və şəhər layihələrində iştirak edəcək
Bu şəxslərin dəfn mərasimi zamanı hərbi ehtiram göstəriləcək
İranda ötən sutka 338 nəfər koronavirusdan ölüb
Qəbələdə ağır yol qəzası - 3 ölü, 5 yaralı
Dahi Azərbaycan şairi Nizami Gəncəvinin zəngin irsi dünya ədəbiyyatında özünəməxsus yer tutur (FOTO)
İstanbulda yaşayış binası çökdü (VİDEO)
Dövlət Vergi Xidmətinə rəis təyin olundu - SƏRƏNCAM
Prezident İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinə rəis təyin edib (YENİLƏNİB)
Sabah 25 dərəcəyədək isti olacaq
Bundan sonra da vaksinlərin gətirilməsi təmin ediləcək - Teymur Musayev
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
Körpüdə intihara cəhd olub - Yolda sıxlıq yaranıb (FOTO)
Kəndlərdə elektrik enerji təchizatı şəbəkəsi yenidən qurulur (VİDEO)
Azərbaycanda koronavirusa ən çox bu yaşda olanlar yoluxur
Ağdam rayonunun Qarapirimli kəndi (FOTO/VİDEO)
Zəfər yolu bu ilin sentyabrında istifadəyə veriləcək (FOTO/VİDEO)
Bayram günlərində məhdudiyyətlər olacaq? - Operativ Qərargah AÇIQLADI
Ölkəmizdə tətbiq olunan bütün vaksinlər təhlükəsiz və effektivdir - Teymur Musayev
Bu tarixdən Azərbaycanda yaşı 18-dən yuxarı şəxslərin vaksinasiyası başlayır - RƏSMİ
Xəstəxanalarda boşalan çarpayıların sayı artmaqdadır - Nazir müavini
Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanların sayını iki dəfə keçib - Operativ Qərargah
İki-üç gün ərzində “Zəfər yolu” minalardan tam təmizlənərək təhvil veriləcək - Agentlik rəsmisi
Azərbaycanda vaksinasiya prosesinin yeni mərhələsi elan olunacaq - Teymur Musayev
İki min hektardan çox ərazi mina və PHS-dən tam təmizlənib - ANAMA
Koronavirusla bağlı bizi və dünyanı narahat edən məlumatlar Hindistandan daxil olur - Yaqut Qarayeva
"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Operativ Qərargah brifinq keçirib (VİDEO)
İndiki vəziyyətdə Minsk qrupu yalnız bölgədə sülhün təmin edilməsinə dəstək ola bilər - Deputat
Qərbi Azəri platformasında hasilat bərpa edilib
Təhsil naziri bu direktorları vəzfiəsindən azad edib
Xəzər dənizinin sahilində 150-dən çox suiti ölüsü tapılıb
Gəncədə tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb
Kapital Bank və Visa Azərbaycanda Visa B2B Connect ödəmə şəbəkəsini təqdim edir
Ermənistanda 5 mindən çox fərari əfv olunur
Azərbaycan neftinin qiyməti 70 dollara çatır
Bakıda ötən gün 40-a yaxın ağac aşıb, 4 avtomobilə ziyan dəyib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib
Daxili Qoşunların Vətən müharibəsində iştirak edən hərbçisi vəfat edib (FOTO)
Azərbaycanda qızıl bahalaşıb
Hadrutda müharibədən sonra hər şey, o cümlədən erməni kilsəsi toxunulmaz qalıb - Rusiya nəşri
Qohumunun avtomobilini sökərək ehtiyat hissələrini satdı
Meşədə narkotik yetişdirən şəxs saxlanılıb (FOTO)
Bakıda ana və övladı son anda ölümdən xilas oldu (VİDEO)
Baydenlə Putin Bakıda görüşə bilər
Ermənilərin azərbaycanlılara qarşı nifrəti nəsildən-nəslə təlqin edilib - Politoloq
Bakıda 6 evdən pul, qızıl-zinət əşyaları oğurlayanlar yaxalanıb
İki qardaş mağaza sahibinin qollarını bağlayıb soyğunçuluq etdilər (FOTO)
10 noyabr Bəyanatının yerinə yetirilməsi ilə bağlı narahatlığa əsas yoxdur - Ramil Usubov
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Ermənistan siyasi dairələrinin qisas yönümlü bəyanatlarını ciddi qəbul etmirəm - Təhlükəsizlik Şurasının katibi
Azərbaycanlı həkim koronavirusdan dünyasını dəyişib
MÜSİAD rəsmiləri Bakı Dövlət Peşə Təhsil Mərkəzini ziyarət edib (FOTO)
Mayın 6-da xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanın Şuşada Qazançı kilsəsinin təmirinə başlaması tolerantlığın göstəricisidir
BMT Baş Assambleyasının rəhbəri Ermənistanın 1915-ci il hadisələri ilə bağlı iddialarına cavab verdi
"Starship" gəmisinin prototipi ABŞ-da keçirilən sınaqlarda uğurlu eniş edib
Jurnalistlər “Zəfər yolu”nun tikintisi ilə tanış olmaq məqsədilə Füzuliyə yola düşüblər
ABŞ Dövlət katibi Ukraynaya səfərə gəlib
"Moderna" peyvəndinin üçüncü dozasının COVID-19-un yeni ştammlarına qarşı təsirli olduğu göstərilib
Teledərslərin mayın 6-na olan cədvəli açqılanıb
İsrail ordusu Suriyada "Hizbullah"ın mövqelərini atəşə tutub
Türkiyədə son sutkada koronavirusdan 38 218 nəfər sağalıb
Dünyada ötən sutka koronavirusa 721 mindən çox yoluxma qeydə alınıb - ÜST
"Çelsi" futbol klubu Çempionlar Liqasının finalına yüksəlib
İmişlidə evdə yanğın olub
Bütün xəbərlər