...

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının konfransında iştirak edir

Cəmiyyət Materials 16 Noyabr 2017 10:01 (UTC +04:00)
Azərbaycanın nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransında iştirak edir.
Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının konfransında iştirak edir

Bakı. Trend:

Azərbaycanın nümayəndə heyəti BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransında iştirak edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə noyabrın 13-də öz işinə başlayıb.

Konfransda Azərbaycanı ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir. Konfransın açılış mərasimində BMT-nin Baş katibi Antonio Quterreş, Ficinin Baş naziri Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı noyabrın 17-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti