...

Azərbaycan ilk dəfə Avstraliyada Beynəlxalq milli mətbəx festivalında iştirak edib (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2017 16:54 (UTC +04:00)
Azərbaycan bu il noyabrın 19-da ilk dəfə Avstraliyanın Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində keçirilmiş Beynəlxalq milli mətbəx festivalında iştirak edib.
Azərbaycan ilk dəfə Avstraliyada Beynəlxalq milli mətbəx festivalında iştirak edib (FOTO)

Bakı. Trend:

Azərbaycan bu il noyabrın 19-da ilk dəfə Avstraliyanın Qərbi Avstraliya ştatının paytaxtı Pert şəhərində keçirilmiş Beynəlxalq milli mətbəx festivalında iştirak edib.

Trend-in məlumatına görə, Yeddinci beynəlxalq festival Avstraliyada akkreditə olunmuş konsulluq korpusu tərəfindən təşkil olunmuşdu.

Azərbaycanın Avstraliyadakı Fəxri konsulu Aydan Rzayeva deyib ki, tədbir Azərbaycan konsulluğu, Azərbaycan-Avstraliya Dostluq Cəmiyyəti və Avstraliyada yaşayan həmvətənlərimiz tərəfindən təşkil edilib. Festivalın qonaqlarına və iştirakçılarına Azərbaycan milli mətbəxindən yemək növləri, eləcə də mədəni proqram təqdim olunub.

Konsulun sözlərinə görə, tədbir Qərbi Avstraliyanın qubernatorunun rəsmi iqamətgahının ərazisində təşkil olunmuşdu. Qubernator xanım Kerri Sanderson özü də Azərbaycan pavilyonuna baş çəkib və ölkəmizin festivalda ilk dəfə iştirakına baxmayaraq təşkilatçılıq səviyyəsini yüksək qiymətləndirib.

Qeyd olunub ki, festivalın Azərbaycan pavilyonundan əldə olunan gəlir “Girls Academy” xeyriyyə fonduna təqdim edilib.

Bu il festivalda iştirak edən ölkələr arasında Almaniya, Avstriya, Azərbaycan, Belçika, Braziliya, Cənubi Afrika Respublikası, Cənubi Koreya, Çin, Danimarka, Estoniya, Hindistan, Xorvatiya, İndoneziya, İsveç, İtaliya, Kolumbiya, Malayziya, Mavriki, Nepal, Niderland, Norveç, Şri-Lanka, Vyetnam, Yaponiya və Yunanıstan yer almışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti