...

Bu avtobusun hərəkət trayektoriyasında dəyişiklik edilib (VİDEO)

Cəmiyyət Materials 21 Noyabr 2017 15:26 (UTC +04:00)
10 gün ərzində avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.
Bu avtobusun hərəkət trayektoriyasında dəyişiklik edilib (VİDEO)

Bakı. Trend:

31 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bundan sonra 31 nömrəli marşrut xətti üzrə avtobuslar Abbasqulu Abbaszadə və İzzət Nəbiyev küçələrindən də keçəcək. Dəyişiklik edilməsinə səbəb, qeyd edilən ünvanlarda yaşayan sakinlərin Bakı Nəqliyyat Agentliyinə çoxsaylı müraciətləri olub. Belə ki, məskunlaşma yerlərinin olmasına baxmayaraq, qeyd edilən küçələrdən hər hansı bir marşrut xətti keçmirdi.

Qeyd edək ki, qarşıdakı 10 gün ərzində 31 nömrəli marşrut xətti üzrə avtobusların yenilənmiş sxem üzrə hərəkəti test ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti