...

Komitə sədri: Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar

Cəmiyyət Materials 24 Noyabr 2017 16:17 (UTC +04:00)
Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar.
Komitə sədri: Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda qadınlar fiziki zorakılıqdan daha çox psixoloji zorakılığa məruz qalırlar.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə və qadın komitəsinin sədri Aqiyə Naxçıvanlı qadınlara qarşı zorakılığın qarşısının alınması üçün keçirilən beynəlxalq kampaniya ilə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycanda ərli qadınların bəzi hallarda qohumlarından təcrid olunması onların psixoloji zorakılığa məruz qalması deməkdir: "Onlara işləməyə, valideynləri, qohumları ilə ünsiyyətə icazə vermirlər, istədiklərini etməyə qoymurlar. Rayonlarda qadınlarımıza daha çox psixoloji cəhətdən zorakılıq tətbiq olunur. Buna görə də biz rayonlarda sığınacaqların çoxalmasına üstünlük verilməsinə çalışırıq".

Lakin komitə sədri bununla belə hesab edir ki, məişət zorakılığı Azərbaycanda kritik hala çevrilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti