...

Vəkillər Kollegiyasının yeni sədri seçilib

Cəmiyyət Materials 7 Dekabr 2017 11:28 (UTC +04:00)
Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.
Vəkillər Kollegiyasının yeni sədri seçilib

Bakı. Samir Əli - Trend:

Bu gün Azərbaycan Vəkillər Kollegiyasının növbəti konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda yüzdən çox vəkil və nümayəndə iştirak edib.

Konfransda kollegiyaya yeni sədrin seçilməsi məsələsi müzakirə olunub və səsvermə olub. Səsvermənin nəticələrinə görə, Vəkillər Kollegiyasının yeni sədri seçilib. Yeni sədr Vəkillər Kollegiyasının üzvü Anar Bağırov olub.

Qeyd edək ki, Vəkillər Kollegiyasının sədri Azər Tağıyev bir müddət əvvəl vəzifəsindən istefa verib. Konfransa qədər Vəkillər Kollegiyasının sədri vəzifəsini kollegiyanın sədr müavini Fərhad Nəcəfov müvəqqəti icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti