...

Ədliyyə Nazirliyinə işə qəbul qaydaları asanlaşdı

Cəmiyyət Materials 18 Dekabr 2017 14:44 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olmaq istəyənlər üçün sınaq müddəti azaldılır.
Ədliyyə Nazirliyinə işə qəbul qaydaları asanlaşdı

Bakı. İlhamə İsabalayeva - Trend:

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olmaq istəyənlər üçün sınaq müddəti azaldılır.

Trend-in məlumatına görə, bununla bağlı Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 sentyabr tarixli 2-N nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbul olunmaq üçün namizədlərlə müsahibənin keçirilməsi Qaydaları”nda dəyişikliklər edilib.

Yeni dəyişikliklərə əsasən, peşə fəaliyyətinə buraxılması üçün icbari təlimi uğurla bitirmiş namizədlər altı aylıq (əvvəl 1 illik) stajorluq müddəti müəyyən edilməklə müvafiq vəzifələrə təyin edilirlər.

Stajorluq müddətini müvəffəqiyyətlə bitirmiş işçiyə qulluğa yaralılığını, peşəkarlığını və təyin edildiyi vəzifəyə uyğunluğunu müəyyən etmək üçün 3 (əvvəl 6 aylıq) aylıq sınaq müddəti təyin olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti