...

Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri başa çatıb (FOTO)

Cəmiyyət Materials 21 Dekabr 2017 18:58 (UTC +04:00)
“Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi baş tutdu
Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri başa çatıb (FOTO)

Bakı. Trend:

“Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və YARAT Müasir İncəsənət Məkanının təşkilati dəstəyi ilə “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinin bağlanış mərasimi baş tutub.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Trend-ə verilən məlumata görə, 6 noyabr 2017-ci il tarixində start götürmüş və iki ay müddətində davam edən “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, "STEP IT Academy Azerbaijan" və “Femmes Digitales” - Azərbaycan Qadınlarının İKT klubunun təşkilati dəstəyi ilə həyata keçirilib.

Layihədə nitq və eşitmə imkanları məhdud 16-26 yaş arası İKT sahəsinə marağı və minimal bilikləri olan 20 gənc xanım iştirak edib. 12 təlimdən ibarət olan layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçirilib.

Qeyd edək ki, layihənin məqsədi gələcəkdə İKT sahəsində peşakar səviyyədə çalışmaq istəyən nitq və eşitmə imkanları məhdud qızlara dəstək olmaq və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır. Layihənin sonunda iştirakçılar sertifikatla təltif olunublar, onlara müxtəlif şirkət və qurumlar tərəfindən tərcübə proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti