...

Nazir: 2018-ci ildə özünüməşğulluq proqramı 35 minə yaxın şəxsi əhatə edəcək

Cəmiyyət Materials 23 Dekabr 2017 11:54 (UTC +04:00)
Gələn il Azərbaycanda özünüməşğulluq proqramı 35 minə yaxın şəxsi əhatə edəcək
Nazir: 2018-ci ildə özünüməşğulluq proqramı 35 minə yaxın şəxsi əhatə edəcək

Bakı. Azad Həsənli - Trend:

Gələn il Azərbaycanda özünüməşğulluq proqramı 35 minə yaxın şəxsi əhatə edəcək.

Trend-in məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.

Nazir xatırladıb ki, özünüməşğulluq proqramı Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əsasında icra olunur.

S.Müslümov qeyd edib ki, bu il bu proqramdan 1 232 ailə faydalanıb. Nazir qeyd edir ki, “İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması ilə gələn il yaranacaq yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhatə dairəsinin əhəmiyyətli şəkildə genişləndirilməsində mühüm rol oynayacaq.

Məqalədə qeyd olunur ki, eyni zamanda yeni maliyyə mənbəyinin yaradılması məşğulluq sahəsinii maliyyələşdirilməsinə xərcləri 3,2 dəfə artırmağa imkan verəcək. “Gələn il İşsizlikdən Sığorta Fonduna toplanması gözlənilən 89 milyon manat vəsaitin 37,6 faizinin və ya 33,5 milyon manatının işsizliyə görə sığorta ödənişlərinə, 40,2 faizinin və ya 35,8 milyon manatının isə özünüməşğulluq proqramının genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulur. Yəni, əlavə olaraq 7 minə yaxın ailə bu proqramla əhatə olunmacaq. Proqrama cəlb olunan ailələrdə orta hesabla 4-5 nəfərin olduğunu nəzərə alsaq, təkcə bu il ərzində özünüməşğulluq proqramının 5-6 min nəfər civarında insanın rifahında müsbət dəyişikliklərə şərait yaratdığını, gələn il isə əlavə olaraq, daha 30-35 min insanın yaşayışında yaxşılaşmaya imkan verəcəyini qeyd etmək olar”.

Xəbər lenti

Xəbər lenti