...

TREND-in əməkdaşı fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülüb (FOTO)

Cəmiyyət Materials 26 Dekabr 2017 19:09 (UTC +04:00)
TREND İnformasiya Agentliyinin əməkdaşı fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülüb.
TREND-in əməkdaşı fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülüb (FOTO)

Bakı. Trend:

TREND İnformasiya Agentliyinin əməkdaşı fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülüb.

Trend-in məlumatına görə, dekabrın 26-da Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsində birinci yerə layiq görülmüş media nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı yerli və xarici kütləvi informasiya vasitələrinin rəhbərləri və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.

Tədbiri açan KİVDF-nin icraçı direktoru Vüqar Səfərli qonaqları və media təmsilçilərini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Sonra mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edib. Prezidentin köməkçisi Azərbaycanda medianın inkişafı istiqamətində görülən işlərdən danışıb.

Daha sonra müsabiqədə birinci yeri tutan jurnalistlərə mükafatlar verilib. Onların arasında TREND-in əməkdaşı Samir Güləliyev də var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti