Bakı. Trend:
Lerik rayonunda zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yerli vaxtla saat 07:13:22-də Lənkərandan 15 km cənub-qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Maqnitudası 3,4, dərinliyi 33 km olan zəlzələ hiss olunmayıb.