...

Yapon dənizində itən gəminin axtarışları dayandırılıb

Cəmiyyət Materials 29 Yanvar 2018 21:50 (UTC +04:00)
Yapon dənizində itən “Vostok” gəmisinin axtarışları dayandırılıb.
Yapon dənizində itən gəminin axtarışları dayandırılıb

Bakı. Trend:

Yapon dənizində itən “Vostok” gəmisinin axtarışları dayandırılıb. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Axtarışların aktiv fazası itən şəxslərin sağ tapılmaq ümidi olmadığından dayandırılıb. Axtarışları o ərazidən keçən gəmilər davam etdirəcək", deyə Vladivostok xilasetmə mərləzinin nümayəndəsi bildirib.

Qeyd olunur ki, axtarış əməliyyatların başlandığından Yapon dənizində 26,6 min kv. km ərazi yoxlanılıb.

"Vostok" gəmisi Koreya Respublikasının Donqhe limanından Saxalin vilayətinin Holmsk limanına hərəkət edirmiş. Gəminin göyərtəsində 21 nəfər olub, onlardan ikisi azərbaycanlı olub. Onlar 1972-ci il təvəllüdlü Mübariz Hüseynov və 1991-ci il təvəllüdlü Ruslan Əlizadədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti