Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün iclası keçirilib. Bu barədə Trend-ə komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
Onun sözlərinə görə, iclasda əfvlə bağlı 100-dək müraciətə baxılıb.
R.Məcid əlavə edib: "Hələ müraciətlərə baxılır".
R.Məcid bildirib ki, ümumilikdə Komissiyaya 800-dən artıq müraciət daxil olub.
Qeyd edək ki, sonuncu əfv sərəncamı 2017-ci il martın 16-da imzalanıb və 423 nəfərə şamil olunub.