...

Nazirlik: "Radioquraşdırma" zavodunda baş vermiş yanğının səbəbi hələ məlum deyil

Cəmiyyət Materials 6 Fevral 2018 22:50 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyi “Radioquraşdırma” zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.
Nazirlik: "Radioquraşdırma" zavodunda baş vermiş yanğının səbəbi hələ məlum deyil

Bakı. Trend:

Müdafiə Sənayesi Nazirliyi "Radioquraşdırma" zavodunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu gün saat 19:17 radələrində "Üfüq" İstehsalat Birliyinin "Radioquraşdırma" zavodunun əsas istehsalat binalarından kənarda yerləşən 120 kvadratmetrlik yardımçı təsərrüfat sahəsində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Hadisə zamanı xəsarət alan olmayıb.

Yardımçı sahədə elektrik enerjisi və qazdan istifadə olunmur.

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti