...

Sakaryada Xocalı soyqırımına həsr olunmuş abidə açılıb (FOTO/VİDEO)

Cəmiyyət Materials 9 Fevral 2018 18:06 (UTC +04:00)
Türkiyənin Sakarya vilayətində Xocalı soyqırımına həsr olunmuş “Tək millət, tək göz yaşı” abidəsinin açılış mərasimi keçirilib.
Sakaryada Xocalı soyqırımına həsr olunmuş abidə açılıb (FOTO/VİDEO)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Sakarya vilayətində Xocalı soyqırımına həsr olunmuş “Tək millət, tək göz yaşı” abidəsinin açılış mərasimi keçirilib.

Bu barədə Trend-ə Sakarya valiliyindən məlumat verilib.

Valiliyin açıqlamasında bildirilib ki, abidənin açılışında Sakarya valisi İrfan Balkanlıoğlu, Azərbaycanın millət vəkili Qənirə Paşayeva və digər rəsmilər iştirak ediblər.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti