...

“Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2018 18:46 (UTC +04:00)
“Hamı üçün İKT” layihəsinin iştirakçılarına sertifikatlar verilib
“Hamı üçün İKT” sosial layihəsinə yekun vurulub (FOTO)

Bakı. Trend:

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzi və Bilik Fondunun birgə təşkilatçılığı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə “Hamı üçün İKT” sosial layihəsi əsasında ofis proqramlarından peşəkar istifadə üzrə ödənişsiz təlimlərə yekun vurulub.

Fonddan Trend-ə verilən məlumata görə, təlimləri başa vurmuş dinləyicilərə informasiya texnologiyaları üzrə mənimsədikləri biliklərin səviyyəsinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Bilik Fondunun sertifikatları təqdim edilib.

İlk mərhələsi başa çatmış layihə əhalinin aztəminatlı təbəqəsi – qaçqın və məcburi köçkün, şəhid ailələrinin üzvləri, sağlamlıq imkanları məhdud olan şəxslər üçün nəzərdə tutulub.

Onlayn formada keçən təlimlərə Bakı şəhəri ilə yanaşı, Lənkəran, İmişli, Bərdə, Göyçay, Şamaxı və Qəbələ rayonlarının Elektron Hökumət Təlim-Tədris Mərkəzləri də qoşulub.

Yerlərdən gələn təklif və istəklərə əsasən, layihənin mart ayından etibarən davam etdirilməsi planlaşdırılır.

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya”nın qarşımıza qoyduğu hədəflərdən biri də bütövlükdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin asanlaşdırılması üçün bu texnologiyalara dair bilik və məlumatların geniş şəkildə əhaliyə çatdırılması, yeniyetmə və gənclərə müasir texnologiyalardan düzgün istifadə etmək bacarıqlarının aşılanmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti