...

Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə yeni tibbi avadanlıqlar verilib (FOTO)

Cəmiyyət Materials 24 Fevral 2018 14:45
Lvovda görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə əlavə tibbi avadanlıqlar hədiyyə edilib.
Lvovda akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə yeni tibbi avadanlıqlar verilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında yerləşən görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə əlavə tibbi avadanlıqlar hədiyyə edilib.

Azərbaycanın Ukraynadakı səfirliyindən Trend-ə verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, azərbaycanlı iş adamı Qorxmaz Paşayev, Lvov vilayət və şəhər Administrasiyasının nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.

Səfirin sözlərinə görə, bu işlərin həyata keçirilməsində Qorxmaz Paşayevin böyük xidmətləri olub. O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Lvov şəhərində Xocalı soyqırımına dair bilbordların yerləşdirilməsində yaxından iştirak edib.

Qeyd edək ki, Lvovda Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz noyabrın sonlarında Azərbaycan tərəfinin maliyyə dəstəyi ilə açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti