...

Bu gün Azərbaycanda Od çərşənbəsidir

Cəmiyyət Materials 6 Mart 2018 07:48 (UTC +04:00)
Bu gün Azərbaycanda Od çərşənbəsidir.
Bu gün Azərbaycanda Od çərşənbəsidir

Bakı. Trend:

Bu gün Azərbaycanda Od çərşənbəsidir.

Trend-in məlumatına görə, Od çərşənbəsi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi də tanınır.

Novruz bayramı öncəsi qeyd edilən dörd çərşənbə axşamı tonqal qalansa da, Od çərşənbəsinin özünəməxsus xüsusiyyətləri var. Bu gün məhz Od çərşənbəsi olduğuna görə tonqalın qalanmasının daha da özəlliyi var.

Od, tonqal istilik anlayışını ifadə edir və yazın gəlişi də havaların isinməsinin əsas göstəricisidir. Od çərşənbəsində qazanlar qaynamalı, evlərdə ocağın üstü boş qalmamalıdır.

Tədqiqatçılar Od çərşənbəsini atəşpərəstlik dini ilə də bağlayırlar.

Hər evin və binanın qarşısında tonqal qalanması həmin ilin isti, bərəkətli keçməsinə nişanədir.
Od çərşənbəsində evdə müxtəlif xörəklər bişirilməli və süfrədə bütün çərşənbələrdə olduğu kimi, şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, bolluq, bərəkətin olması, ilin şirin və sevinc dolu keçməsinə səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti