...

Bakıda yarmarkalar tam fəaliyyətə başladı

Cəmiyyət Materials 6 Mart 2018 14:21 (UTC +04:00)
Bakıda Novruz bayramı ilə əlaqədar metro stansiyalarının qarşısında fəaliyyət göstərən yarmarkalar tam fəaliyyətə başlayıb.
Bakıda yarmarkalar tam fəaliyyətə başladı

Bakı. Samir Əli - Trend:

Bakıda Novruz bayramı ilə əlaqədar metro stansiyalarının qarşısında fəaliyyət göstərən yarmarkalar tam fəaliyyətə başlayıb.

Bu barədə Trend-ə açıqlamasında Bakı şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov məlumat verib.

Ə.Bağırovun sözlərinə görə, artıq şəhərin 10 ərazisində yarmarka çadırları quraşdırılıb və fəaliyyətə başlayıb:

"Yarmarkalar metro stansiyalarının qarşısında olsa da, rayonlar üzrə fəaliyyət göstərir. Həmin rayonlar isə Yasamal, Səbail, Nəsimi, Nərimanov, Nizami və Xətai rayonlarıdır. Metronun "Nərimanov" stansiyasının qarşısında 5 çadır quraşdırılıb. Amma bu 5 yarmarka demək deyil. Yarmarka kimi 1 obyektdir, sadəcə 5 ədəd kiçik çadırdan ibarətdir".

Ə.Bağırov qeyd edib ki, yarmarkalar martın 25-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti