...

Paytaxt yollarında təmizlik işləri görən xanımlara gül və hədiyyə kartı verilib - VİDEO

Cəmiyyət Materials 8 Mart 2018 10:15 (UTC +04:00)
Paytaxt yollarında təmizlik işləri görən xanımlara gül və hədiyyə kartı verilib.
Paytaxt yollarında təmizlik işləri görən xanımlara gül və hədiyyə kartı verilib - VİDEO

Bakı. Trend:

8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Bakı Nəqliyyat Agentliyi (BNA) maraqlı aksiya keçirib.

BNA-dan Trend-ə verilən məlumata görə, aksiya çərçivəsində Agentliyin əməkdaşları kommunal xidmət sahəsində çalışan xanımları təbrik edib. Paytaxt yollarında təmizlik işləri ilə məşğul olan xanımlara gül və ərzaq dükanından alış-veriş etmək üçün hədiyyə kartı verilib.

Bakı Nəqliyyat Agentliyinin kollektivi xanımları 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə ürəkdən təbrik edir, hər birinə cansağlığı, səadət və işlərində nailiyyətlər arzulayır!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti