...

Qaradağ icra başçısı Səngəçal sakinləri ilə görüşüb (FOTO)

Cəmiyyət Materials 14 Mart 2018 10:59 (UTC +04:00)
Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib.
Qaradağ icra başçısı Səngəçal sakinləri ilə görüşüb (FOTO)

Bakı. Trend:

13 mart 2018-ci il tarixində Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Səngəçal qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Trend-in məlumatına görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 100-dən çox qəsəbədə sakinləri iştirak edib.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildirmiş, qəsəbənin, eləcə də qəsəbə sakinlərinin ümumi problemləri haqqında geniş danışıblar.

Qəsəbə sakinlərindən 11 nəfəri fərdi qaydada dinlənilib. Sakinlərini narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti