...

Ələt sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 25 Aprel 2018 20:21 (UTC +04:00)
Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.
Ələt sakinləri ilə səyyar görüş keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 350-dən çox qəsəbə sakini iştirak edib.

Görüşə gəlmiş qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 15 nəfəri fərdi qaydada dinlənilib.

Sakinləri narahat edən problemləri dinlənildikdən sonra onların həlli istiqamətində aidiyyəti üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Daha sonra qəsəbə sakinlərinə Prezident İlham Əliyev tərəfindən imzalanan Dövlət Proqramı çərçivəsində qəsəbə ərazisində görüləcək işlər barədə ətraflı məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti