...

Türkiyə idmançısı: Bakıda heyranedici gimnastika arenası var

Cəmiyyət Materials 27 Aprel 2018 19:49 (UTC +04:00)
Bakıda heyranedici gimnastika arenası var.
Türkiyə idmançısı: Bakıda heyranedici gimnastika arenası var

Bakı. Trend:

Bakıda heyranedici gimnastika arenası var.

Trend-in məlumatına görə, bunu bədii gimnastika üzrə Dünya Kubokunun ilk günündəki çıxışından sonra Türkiyə gimnastı Dərya Demirors deyib.

Gimnast deyib: "Bakıdakı arena böyük və heyranedicidir. Mən hətta belə böyük bir arenada çıxış etməli olduğum üçün bir az da olsa, həyəcanlandım. Ancaq yaxşı ki, tamaşaçılar məni fəal şəkildə dəstəkləyirlər, mənə azarkeşlik edəndə özümü daha əmin hiss edirəm".

Qeyd edək ki, bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna start verilib.

Aprelin 29-dək davam edəcək turnirdə 26 ölkədən 127 gimnast iştirak edir. Onlardan 44 nəfəri fərdi proqramda, 83 nəfəri isə qrup komandalarının tərkibində çıxış edir.

Bakıda artıq 6-cı dəfədir təşkil edilən Dünya Kubokunda, həmçinin ən
yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF
Trophy” Kuboku təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti