...

“Bakı Marafonu-2018”də qeydiyyat mayın 12-dək uzadılıb

Cəmiyyət Materials 5 May 2018 14:36 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də keçiriləcək “Bakı Marafonu-2018”də qeydiyyat prosesi uzadılıb.
“Bakı Marafonu-2018”də qeydiyyat mayın 12-dək uzadılıb

Bakı. Trend:

Heydər Əliyev Fondunun təşəbbüsü ilə mayın 13-də keçiriləcək “Bakı Marafonu-2018”də qeydiyyat prosesi uzadılıb.

Fonddan Trend-ə verilən məlumata görə, marafonda iştirak etmək istəyən 16 yaşdan yuxarı hər bir şəxs mayın 12-i saat 14:00-dək qeydiyyat məntəqələrinə və marafonun rəsmi saytına (www.baku.marathon.az) müraciət edə bilər.

Qeydiyyat məntəqələrinin ünvanı:

“28 Mall”
“Gənclik Mall”
“Port Baku Mall”

Qeydiyyat zamanı iştirakçı formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün təyin olunmuş ödəniş məbləği 20 AZN-dir.

Korporativ qoşulanlar isə (hər şirkətdən minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıya görə 100 AZN ödəməlidir.

Marafonda tələbələrin iştirakı ilə bağlı vəsaitlər Heydər Əliyev Fondu tərəfindən qarşılandığından, tələbələr qeydiyyat zamanı heç bir ödəniş etmir.

“Bakı Marafonu-2018”dən toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.

Mayın 13-də keçiriləcək marafonun fəxri iştikraçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən bir sıra tanınmış şəxslər var.

İdmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirmək məqsədi daşıyan “Bakı Marafonu-2018” layihəsinin eksklüziv tərəfdaşı “Azercell Telekom” şirkətidir. Marafon Dənizkənarı Bulvar İdarəsinin, Bakı Olimpiya Stadionunun dəstəyi ilə təşkil olunur. Layihənin icrasını isə Sport Marketing Group (SMG) şirkəti həyata keçirir.

“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti