...

Ramil Usubov Bərdədə vətəndaşlarla görüşəcək

Cəmiyyət Materials 5 May 2018 17:04 (UTC +04:00)
vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə və əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Ramil Usubov Bərdədə vətəndaşlarla görüşəcək

Bakı. Trend:

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov may ayının 26-da Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə və əməkdaşlarının fəaliyyətinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti