...

Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin 95 illiyi qeyd olunub (FOTO)

Cəmiyyət Materials 7 May 2018 20:40 (UTC +04:00)
Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyi qeyd olunub
Dövlət Statistika Komitəsində ulu öndər Heydər Əliyevin 95 illiyi qeyd olunub (FOTO)

Bakı. Trend:

Dövlət Statistika Komitəsində ümummilli lider, ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan tədbir keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin Komitənin foyesində ucaldılan büstü önünə gül dəstələri düzülüb. Azərbaycanın böyük oğlu Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin və azərbaycançılıq məfkurəsinin banisi, xalqımızın və dövlətimizin xilaskarı ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyinin bütün dövrlərində xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib, dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri qədirbilən xalqımız tərəfindən daim uca tutulur. Fenomen şəxsiyyət Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mühüm işlər görüb. Bütün ömrünü xalqa həsr etmiş ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən biri və ən başlıcası uğurlu dövlət quruculuğu prosesinin əsasını qoymasıdır.

Dövlət Statistika Komitəsinin Dayanıqlı inkişaf statistikası şöbəsinin müdiri Rasim Səfərov, İnformasiya texnologiyaları şöbəsinin sistem təminatı və texniki xidmət sektorunun müdiri Səyavuş Əhmədov, Kənd təsərrüfati statistikasi şöbəsinin aparıcı məsləhətçisi Aygün Məmmədova öz çıxışlarında ümummilli lider Heydər Əliyevin müdrik və uzaqgörən strategiyasının Azərbaycanı böyük perspektivlərə doğru apardığını, ulu öndərin əbədiyaşar ideyaları ətrafında sıx birləşən xalqımızın daim yeni-yeni zəfərlərə imza atacağını vurğulayıblar.

Sonra ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan Komitə gəncləri arasında keçirilmiş mini futbol üzrə ənənəvi idman turnirinin qalibləri mükafatlandırılıb.

Tədbir ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan filmin nümayişi olunması ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti