...

Azərbaycan Universitetində Karyera Günü keçirilib (FOTO)

Cəmiyyət Materials 12 May 2018 17:35 (UTC +04:00)
Azərbaycan Universitetində ənənəvi Karyera Günü keçirilib.
Azərbaycan Universitetində Karyera Günü keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Universitetində ənənəvi Karyera Günü keçirilib.

Trend-in məlumatına görə, hər il may ayında Karyera Mərkəzi tərəfindən “Karyerada ilk addım” şüarı ilə təşkil olunan tədbirin məqsədi yuxarı kurs tələbələrinin və məzunların əmək bazarına çıxışının dəstəklənməsi, gənclərin məşğulluq probleminin həllinə kömək göstərilməsidir.

Artıq dördüncü dəfədir ki, təşkil olunan tədbirdə müxtəlif profilli şirkət və müəssisələr, dövlət orqanları, ali təhsil müəssisələri iştirakçılara öz vakansiyalarını, təcrübə və təqaüd proqramlarını təqdim edib, onların kadrların seçilməsi, işə qəbul prosesi haqqında suallarını cavablandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti