...

Qoyun və keçilərdə çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılır (FOTO)

Cəmiyyət Materials 29 May 2018 17:49 (UTC +04:00)
2018-ci ilin 4 ayı ərzində çiçək xəstəliyinə qarşı 1230606 baş davarda peyvəndləmə aparılıb.
Qoyun və keçilərdə çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılır (FOTO)

Bakı. Trend:

2018-ci ilin 4 ayı ərzində çiçək xəstəliyinə qarşı 1230606 baş davarda peyvəndləmə aparılıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Trend-ə verilən məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq olunmuş epizootik tədbirlər planına uyğun olaraq ölkə ərazisində iti yolucu xəstəliklərə, o cümlədən qoyun və keçilərin çiçək xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Tədbirin iyunun sonunda yekunlaşması nəzərdə tutulur.

Çiçək iti gedişli virus xəstəliyidir. İntoksikasiya, yüksək hərarət, dəri və selikli qişalarda düyünlü-pustulyozlu suluqlu səpgilərin əmələ gəlməsi ilə xarakterizə olunur.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, respublikada iti yoluxucu xəstəliklərə, o cümlədən çiçək xəstəliyinə görə epizootik vəziyyət sabitdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti