...

“Məşğulluq haqqında” qanun layihəsi son oxunuş üçün Milli Məclisə tövsiyə edilib

Cəmiyyət Materials 30 May 2018 15:49 (UTC +04:00)
“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.
“Məşğulluq haqqında” qanun layihəsi son oxunuş üçün Milli Məclisə tövsiyə edilib

Bakı. Elçin Mehdiyev - Trend:

“Məşğulluq haqqında” qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib.

Trend-in məlumatına görə, iclasda bildirilib ki, qanun layihəsinə dəyişiklik edilib, maddələrin sayı 35-dən 37-ə qaldırılıb. Qeyd olunub ki, qanun layihəsi məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir.

İclasda layihənin mükəmməl hazırlandığı, layihə ilə bağlı Milli Məclisin plenar iclasında səsləndirilən təkliflərin nəzərə alındığı diqqətə çatdırılıb.

Layihə III oxunuş Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti