...

Gənclik Mall-un qarşısındakı tıxacın aradan qaldırılması üçün YOL tapıldı (ÖZƏL)

Cəmiyyət Materials 22 İyun 2018 07:44 (UTC +04:00)
Tofiq Bəhramov adında Respublika stadionunun qarşısında yeni avtobus dayanacaq məntəqəsi təşkil ediləcək.
Gənclik Mall-un qarşısındakı tıxacın aradan qaldırılması üçün YOL tapıldı (ÖZƏL)

Bakı. Samir Əli - Trend:

Tofiq Bəhramov adında Respublika stadionunun qarşısında yeni avtobus dayanacaq məntəqəsi təşkil ediləcək.

Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev Trend-ə bildirib ki, Gənclik Mall-un qarşısında gündəlik müşahidə olunan nəqliyyat sıxlığının aradan qaldırılması üçün isə Tofiq Bəhramov adında Respublika Stadionunun qarşısındakı boş ərazidə avtobus dayanacaq məntəqəsinin təşkili planlaşdırılır.

Onun sözlərinə görə, ümumilikdə paytaxt yollarında 166 məntəqədə avtobus dayanacaq cibləri və piyada səkiləri inşa ediləcək, dayanacaq pavilyonları quraşdırılacaq və məntəqələr təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti