...

Azərbaycandakı Avropa şirkətlərinin 24 faizi ölkədə peşə təhsilindən razıdır

Cəmiyyət Materials 6 İyun 2018 13:27 (UTC +04:00)
Azərbaycandakı Avropa şirkətlərinin 24 faizi ölkədə peşə təhsilindən razıdır.
Azərbaycandakı Avropa şirkətlərinin 24 faizi ölkədə peşə təhsilindən razıdır

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, Avropa İttifaqının 2018-ci il üçün "Azərbaycan üzrə biznes mühiti" hesabatında öz əksini tapıb.

Sorğu hesabatda Avropa İttifaqına üzv olan 20 ölkədən təqribən 385 şirkətin Azərbaycanda biznes fəaliyyəti ilə bağlı fikirləri yer alıb. Ötən illə müqayisədə bu il sorğuda iştirak edən şirkətlərin sayı 31 faiz artıb. Avropa İttifaqının Azərbaycan üzrə sorğu hesabatında 5 ən vacib islahat tədbiri kimi peşə təhsili sisteminin şirkətlərin tələblərinə uyğunlaşdırılması hesab edilib. Azərbaycanda fəaliyyət göstərən Avropa şirkətlərinin 24 faizi peşə təhsili və təliminin qənaətbəxş olduğunu bildiriblər. Bu rəqəm 2017-ci illə müqayisədə 4 dəfə çoxdur.

Eləcə də peşə təhsili ilə bağlı İKT sektorundan sorğuya cəlb edilən 7 iştirakçıdan 6-sı bu sahəni qənaətbəxş kimi qiymətləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti