...

Naxçıvanda avtomat meteostansiyalar quraşdırılıb (FOTO)

Cəmiyyət Materials 7 İyun 2018 19:18 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikasında müasir standartlara cavab verən avtomat meteostansiyalar quraşdırılıb
Naxçıvanda avtomat meteostansiyalar quraşdırılıb (FOTO)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında meteoroloji müşahidə şəbəkəsinin təkmilləşdirilməsi prosesinə başlanılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq Muxtar Respublikada Finlandiya istehsalı olan müasir standartlara cavab verən avtomatlaşdırılmış stansiyalar vasitəsilə 7 meteoroloji parametr üzrə məlumatların əldə olunması və ötürülməsi mümkün olacaq.

Nazirliyin təşəbbüsü və dəstəyi ilə avtomat meteostansiyalardan biri Naxçıvan, digəri isə Culfa şəhərində quraşdırılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin

mətbuat xidməti

Məqalədə:
Xəbər lenti

Xəbər lenti