...

Bakıda paradla bağlı avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Cəmiyyət Materials 20 İyun 2018 14:26 (UTC +04:00)
Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bakıda paradla bağlı avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan Ordusunun 100 illiyi münasibəti ilə keçirilən hərbi paradla əlaqədar iyunun 24-dən 26-a qədər Azadlıq meydanı və ona kəsişən küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə özəl olaraq Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov bildirib ki, həmin ərazilərdə avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək. Onun sözlərinə görə, hərəkət Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətin əksinə olaraq Cavanşir körpüsünün üzərindən keçərək Yusif Səfərova doğru tənzimlənib.

Bölmə rəisi vurğulayıb ki, Neftçilər prospektindən gələnlər Rəşid Behbudov küçəsinin kəsişməsindən 28 maya dönəcəklər, Puşkin küçəsindən gələnlər sağa, Üzeyir Hacıbəyov küçəsi ilə Azadlıq prospektinə, Azadlıq prospektindən gələnlər isə Zərifə Əliyeva küçəsinin kəsişməsindən sağa, Rəşid Behbudov küçəsi istiqamətində hərəkət edəcəklər.

V.Əsədov həmin istiqamət üzrə hərəkət edən sürücülərə həmin günlərdə yol hərəkət istiqamətlərini nəzərə almağı və imkan daxilində ictimai nəqliyyatdan istifadə etməyi tövsiyə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti