...

Azərbaycanda uşaqlara dini adların qoyulması halları azalıb

Cəmiyyət Materials 21 İyun 2018 14:58 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda uşaqlara dini adların qoyulmasına maraq azalıb.

Bunu Trend-ə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, əvvəllər qız uşaqlarına Fatimeyi-Zəhra adının qoyulması üçün müraciətlər çox edilirdi. Lakin indi belə müraciətlər edilmir: "Dini adlara meyl əvvəlki illərə nisbətən azalıb. Digər tərəfdən, əvvəllər dini adlar qoyularkən mürəkkəb adlar təklif edilirdi. Məsələn, Həsən və Hüseyn adını bir yerdə yazmaq istəyənlər var idi. İndi görürsən ki, belə müraciətlərin sayı azalıb”.

S.Sadıqova qeyd edib ki, hazırda dini adlar daha çox qızlara qoyulur.

Komissiyanın sədr müavini əlavə edib ki, qızlara qoyulan dini adlar arasında Quranda olan Betül, daha sonra isə Zəhra, Fatimə adları üstünlük təşkil edir.

S.Sadıqovanın sözlərinə görə, bəzi adlara olan maraq tamamilə dəyişib.

S.Sadıqova bildirib ki, oğlan uşaqlarına daha çox Həsən, Hüseyn adı verilsə də, artıq Tural, Tunqay, Turqay, Turan, Toğrul, Cavidan, Teymur, Temurçin də daha çox qoyulan adlar sırasına əlavə edilib:

"Bu adlar artıq adlar siyahısında 2-ci, 3-cü dərəcəli yerləri tutur. 2018-ci ildə oğlan uşaqlarına Cavidan, Teymur, Temurçin adları çox qoyulub. Yusub adı isə bu il ərzində heç bir uşağa qoyulmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti