...

Sürücülər və piyadalar! Cərimələri "eManat" terminallarında ödəmək mümkündür

Cəmiyyət Materials 2 İyul 2018 15:35 (UTC +04:00)
Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələri və gömrük ödəmələrini “eManat” terminalları vasitəsilə həyata keçirmək mümkündür
Sürücülər və piyadalar! Cərimələri "eManat" terminallarında ödəmək mümkündür

Bakı. Hüseyn Vəliyev - Trend:

Yol hərəkəti qaydalarının pozuntusuna görə cərimələri və gömrük ödəmələrini “eManat” terminalları vasitəsilə həyata keçirmək mümkündür.

Bu barədə Trend-ə ödəmə terminallarının quraşdırılmış mərkəzi “Modenis” şirkətindən bildiriblər.

Məlumatda qeyd olunur ki, inteqrasiya işləri “AsanPay” sistemi üzərindən aparılıb:

“Bizi “AsanPay”lə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Bu, “eManat” terminalları vasitəsilə dövlət rüsumları üzrə ödəmə imkanlarını genişləndirəcək”.

Qeyd edək ki, “eManat” terminallarının sayı 2,2 min ədəddir. Bu şəbəkədə 160-dan ödəmə xidməti mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti