...

363 nəfər qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnib

Cəmiyyət Materials 25 İyul 2018 12:41 (UTC +04:00)
Bu il 363 nəfər qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnib.
363 nəfər qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnib

Bakı. Elçin Mehdiyev - Trend:

363 nəfər qadağan olunmuş yerlərdə siqaret çəkdiyi üçün cərimələnib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci ilin 6 ayı ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində "Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə görə 363 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci və 306.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub.

Onlara tətbiq edilmiş cərimələr 11 205 manat təşkil edib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti