Alkoqollu içkilərin istehsalı ilə məşğul olan istehsal obyektlərində aksiz-nəzarət postları yaradılır

Alkoqollu içkilərin istehsalı ilə məşğul olan istehsal obyektlərində aksiz-nəzarət postları yaradılır

Bakı. Trend:

Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ağsu rayonu ərazisində fəaliyyət göstərən "Qradus 40" MMC-nin istehsalat sahəsində və Bakı şəhəri, Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən “Fidan” istehsalat müəssisəsində, həmçinin paytaxtda və regionlarda yerləşən iri topdansatış obyektlərində və anbarlarda operativ vergi nəzarəti tədbirləri keçirilib. Yoxlamalar zamanı "Qradus 40" MMC-nin istehsal obyektində 136.624 ədəd, "Fidan" istehsalat müəssisəsində 247.826 ədəd, topdansatış obyektlərində və anbarlarda isə 342.721 ədəd sənədsiz müxtəlif alkoqollu içkilər aşkar edilib, bəzi məhsulların üzərindəki aksiz markalarının saxta olduğu ekspertiza yolu ilə təsdiqlənib. Bununla yanaşı, aparılmış nəzarət tədbirləri zamanı "Fidan" istehsalat müəssisəsində 53 nəfərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən müxtəlif işlərə cəlb olunduğu aşkar edilib. Nəzarət tədbirləri zamanı vergi ödəyicilərinin vergidən yayınmaq məqsədilə ikili mühasibatlıq apardıqları müəyyən edilib və "qara mühasibatlıq" sənədləri götürülüb.

Əldə olunmuş nəticələr göstərir ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Belə ki, bu müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır.

Aksiz markalarından qanunsuz istifadə edilməsi və saxtakarlığa yol verilməsi istehsal olunmuş tünd alkoqollu içkilərin bəyan edilmiş həcmdən bir neçə qat artıq miqdarda istehlak bazarına daxil olmasına və on milyonlarla manat məbləğində vergidən yayınmalara gətirib çıxarır.

Göstərilən halların qarşısının alınması üçün Vergilər Nazirliyi alkoqollu içkilərin istehsalı ilə məşğul olan vergi ödəyicilərinin istehsal obyektlərində aksiz - nəzarət postlarının qurulması ilə bağlı qərar qəbul edib.

Vergilər Nazirliyi spirtli içki istehsalçılarına və satıcılarına sonuncu dəfə xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bu halda könüllü bəyanetmə qanun pozuntusu üçün nəzərdə tutulmuş məsuliyyətin müəyyənləşdirilməsi zamanı yüngülləşdirici hal kimi nəzərə alınacaq. Eyni zamanda, diqqətə çatdırlır ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.

Vergilər Nazirliyi xatırladır ki, aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması, təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcək.

Vətəndaşlar bilməlidirlər ki, aksiz markaları sağlamlığa zərər vuran məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının məhdudlaşdırılmasına, qaçaqmalçılığın və istehlak bazarında saxta məhsulların satışının qarşısının alınmasına xidmət edir.

“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” “HPе 3PAR” avadanlığına illik dəstək üzrə tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
“AccessBank” QSC daşınmaz əmlakların qiymətləndirilməsinə dair tender elan edir
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
"Veliev" şirkəti “21-ci Avrasiya Qapı, Pəncərə və Şüşə 2020” beynəlxalq sərgisində iştirak edib (FOTO)
Loading Bars
Xəbər lenti
Qırğızıstanda Bərdə və Gəncədəki erməni terrorları pislənilib (FOTO)
Ceyhun Bayramov Cenevrədə işçi səfərdədir
Xalq-dövlət-ordu birliyinin qüvvətli şəkildə təzahürü bizi böyük qələbəyə daha da yaxınlaşdırır - Sosioloq
Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulur
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib - MN
MN cəbhədəki son vəziyyəti açıqlayıb
İsrail Nazirlər Kabineti fövqəladə vəziyyəti 3 yanvar tarixinə qədər uzadıb
ÜST dünyada sutkada 479 mindən çox koronavirus yoluxma faktını qeydə alıb
Moskvada koronavirusdan daha 69 nəfər ölüb
ABŞ-da "Dzeta" qasırğasında ölənlərin sayı altı nəfərə çatıb
Türkiyədə koronavirusdan sağalanların sayı 320 mini keçib
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, raketlər, tank əleyhinə minaları aşkar edib (FOTO)
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Ədliyyə Nazirliyinin rəsmi saytından “Qarabağ Azərbaycandır!” elektron məlumat platforması yaradılıb
Bərdə şəhərində raket zərbələri yaşayış evlərinə endirilib - "VİCE news"-un müxbiri (VİDEO)
“VICE News” kanalı da Bərdəyə kasetli raketlər atıldığını təsdiqləyib
Ceyhun Bayramovun türkiyəli həmkarı ilə telefon danışığı olub
Heydər Əliyev Mərkəzinin binası və Bakı Olimpiya Stadionunun üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunub (FOTO.VİDEO)
Azərbaycan Ermənistanın 30 hərbçisinin meyitini Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verib
Düşmənin qüvvə və vasitələri məhv edilib (VİDEO)
Dərslər 2 noyabrdan distant formada keçiriləcək - Rəsmi
Meyitləri əməliyyat sahəsində ermənilərə vermək təhlükəlidir - Hərbi ekspert
"Amnesty International" Ermənistanın Bərdəyə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqlədi (FOTO)
Hərbiyə aparsalar, gedib özüm qisasımı alardım, amma 16 yaşım var - Erməni raketinin qurbanı danışır (FOTO)
Bərdənin qisası alınır: Dinc əhalimizi atəşə tutan düşmən bölmələri Ordumuz tərəfindən darmadağın edilir (VİDEO)
Ermənilərin növbəti yalanı belə ifşa edildi - FOTOFAKT
Goranboyda Ermənistanın raket atəşi nəticəsində dağılan evdən görüntülər (FOTO)
GUAM Ermənistanın Azərbaycan şəhərlərini raket atəşinə tutmasını kəskin şəkildə qınayıb
Dağlıq Qarabağın yaşayış məntəqələrinə raket və aviasiya zərbələrinin endirilməsi xəbəri yalandır - MN
Özbəkistanın qadın şairləri Prezident İlham Əliyevə məktub ünvanlayıb
Prezidentə yazırlar: Ədalət mübarizənizdə canımızla, qanımızla Sizin yanınızdayıq
Bərdəyə hücum Ermənistanı qınamayan beynəlxalq təşkilatların da ortaq olduğu cinayətdir - Hikmət Babaoğlu
DİN ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə müraciət edib
Düşmənin bir neçə istiqamətdə hücum etmək cəhdinin qarşısı alınıb - Anar Eyvazov
Ölkəmizdə pandemiyanın yeni dalğası müşahidə edilir - Mütəxəssisdən XƏBƏRDARLIQ
Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli tənzimlənməsi ilə bağlı müzakirələr daim davam edir - ATƏT (ÖZƏL)
Cəsədlərin Ermənistana təhvil verilməsi prosesi zamanı insident baş verməyib - Dövlət Komissiyası
"Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"də dəyişiklik edilib
AZƏRTAC-ın bir sıra əməkdaşlarına xidməti pasport veriləcək
Hərbi vəziyyət rejiminə və komendant saatı qaydalarına əməl edək! - DİN-dən çağırış
Cenevrədə Ermənistanın terrorçu hərəkətlərinə etiraz edilib (FOTO)
Cəsədlərin təhvili ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə koordinasiya şəraitində həyata keçirilib - BQXK
Avstriyadakı Azərbaycan evində Bərdə və Gəncədəki terror aktları hiddətlə pislənilib
Ceyhun Bayramov Qarabağda sülhməramlıların yerləşdirilməsi fikrinə münasibət bildirib
Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında Qanun təsdiqləndi
MDB dövlətlərinin gömrük orqanlarının qarşılıqlı fəaliyyəti barədə Saziş təsdiqləndi
Babək qəsəbəsinə şəhər statusu verildi
Dağlıq Qarabağ münaqişəsinin sadə həlli mövcud deyil - Putin
Bu il ali məktəblərə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü verilir – SƏRƏNCAM
Türkiyə və Azərbaycana düşmənçilikdən dünya çox şey itirər - Yalçın Topçu TREND BİA-nın “Bakı-İstanbul” telekörpü layihəsində (FOTO/VİDEO)
İşğaldan azad olunmuş ərazilərdə müvəqqəti xüsusi idarəetmə yaradılır - FƏRMAN
Azərbaycanın Kubada Səfirliyi təsis edilir
Rusiya Dağlıq Qarabağda gərginliyin tezliklə azaldılmasına nail olmaq üçün ciddi səy göstərir - Zaxarova
Düşmən Goranboy, Tərtər və Bərdə rayonlarını artilleriya atəşinə tutur
Ermənistanın atəşi ilə Göygöldə baş verən meşə yanğını söndürüldü
Sahibə Qafarova Cümhuriyyət Günü münasibətilə türkiyəli həmkarını təbrik edib
Paşinyanın populist vədləri Azərbaycan Ordusunun zərbələri altında puç olub getdi - Ekspert
Baş Prokurorluq bu gün Goranboyda həlak olan dinc sakinlə bağlı məlumat yaydı
Hər keçən gün Ermənistanı bir o qədər də uçuruma yaxınlaşdırır - Deputat
Fransada fəaliyyət göstərən COJEP beynəlxalq təşkilatı Ermənistanın mülki vətəndaşları öldürməsi ilə bağlı hesabat hazırlayıb
Ombudsmanın Bərdədə faktaraşdırıcı missiyasının fəaliyyətinə dair video hazırlanıb
Oktyabrın 30-da manatın dollara qarşı məzənnəsi
“Şəxsi gigiyena qaydaları” şagirdlərə 1-ci sinifdən bir fənn kimi keçirilsin - TƏKLİF
Ermənistanın atəşi nəticəsində daha bir dinc sakin həlak oldu
Polis karantin qaydalarına nəzarəti gücləndirdi (FOTO/VİDEO)
Ermənistanla sərhəd zastavasının atəşə tutulması ilə bağlı yayılan məlumat dezinformasiyadır - MN
Bərdə sakinləri Prezidentin və ordunun ətrafında səfərbər olub - Elçin Əmirbəyov
Ermənistanın 543-cü alayı Dağlıq Qarabağa getməkdən itmina edib
Ermənistan cəmiyyətində təşviş, ordusunda isə xaos, kütləvi fərarilik və özbaşınalıq hökm sürür - MN
Ermənistanın məqsədi mümkün qədər çox mülki azərbaycanlını məhv etməkdir - Elçin Əmirbəyov
Tural Gəncəliyev kanadalı senatoru Azərbaycan xalqından üzr istəməyə çağırdı
Erməni cəmiyyəti Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir - Bəhruz Quliyev
Bir ayda Ermənistanda 6 yüksək vəzifəli şəxs işdən çıxarılıb - Paşinyan "təqsirkar" axtarır
Azərbaycanlılara doğma evlərinə qayıtmağı arzulayıram - Ronaldinyodan Azərbaycana dəstək (VİDEO)
“Vikipediya”da özbək dilində “Xankəndi talanları” mövzusunda məqalə yaradılıb
Bərdə soyqırımı kar-kor dünyanın gözünü və qulağını açması üçün növbəti çağırışdır - Vüqar Rəhimzadə
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i keçdi
İranda sutka ərzində 8 293 nəfər koronavirusa yoluxub
Ermənistanın Bərdədə dinc əhaliyə qarşı törətdiyi cinayətlərlə bağlı BMT-nin Uşaq Fonduna müraciət edilib
Kamran Əliyev Türkiyənin Ədliyyə naziri, Baş prokuroru və Ali Məhkəməsinin sədri ilə telefonla danışıb
Faşizmin "yeni" tarixini yazan baş nazir - Müharibə Paşinyanın əsl üzünü ortaya çıxardı
Ermənistan bütün İslam dünyasına qarşı düşmən münasibət bəsləyir - Əlcəzairli politoloq
Koronavirusun aşkarlandığı yerlərdə əksepidemik tədbirlər hansı qaydada təşkil olunur?
Bərdə sakinləri Azərbaycan ordusuna arxayındır - Vidadi İsayev
Döyüşlər başlayandan Tərtərə 15 mindən çox mərmi düşüb
BQXK-nin prezidenti Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Bərdədə raketin atıldığı yer təsadüfən seçilməyib - İcra başçısı
Ermənistan Göygölü raket atəşinə tutdu, meşədə yanğın başladı - FHN
29 oktyabr Ümumdünya İnsultla Mübarizə Günüdür
Bərdənin qisası alınır: Düşmən qüvvələri döyüş meydanında məhv edilib - MN (VİDEO)
Ermənistan hərbi-siyasi rəhbərliyi tezliklə cəzasını alacaq - Kamran Əliyev
29 ictimai iaşə müəssisəsinin COVİD-lə bağlı qaydalara əməl etmədiyi aşkarlanıb
BQXK-nin Avropa nümayəndəliyi Bərdədə könüllünün ölümü ilə bağlı bəyanat yayıb
Ermənistan rəhbərliyi o qədər quzğunlaşıb ki, diplomatlar Tərtərdə olanda da atəş açırdılar - Hikmət Hacıyev (FOTO)
Xəstəlik ocaqlarında dezinfeksiya tədbirlərinin vaxtında aparılması vacibdir - Səhiyyə Nazirliyi
"Niyə belə edirsiz, sizin uşaqlarınız yoxdur?" - "New York Times"ın Bərdəyə hücum anından reportajı
Azərbaycan Qarabağı insanların ləyaqətlə və sülh şəraitində yanaşı yaşayacağı çiçəklənən, təhlükəsiz ərazisi kimi görür
Diplomatik nümayəndələrin də olduğu Tərtər rayonunun ərazisi atəşə tutulub
Bütün xəbərlər