...

Paytaxtın bu prospektində geridönmə təşkil edildi (FOTO)

Cəmiyyət Materials 10 Avqust 2018 16:23 (UTC +04:00)
Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.
Paytaxtın bu prospektində geridönmə təşkil edildi (FOTO)

Bakı. Elçin Mehdiyev - Trend:

Nəqliyyat şəraitinin yaxşılaşdırılması işləri çərçivəsində Xətai prospekti ilə F.Bayramov küçəsinin kəsişməsində yolötürücüsünün altında geridönmə təşkil edilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, bununla da, şəhər mərkəzindən Ş.İsmayıl Xətai prospekti ilə gələn nəqliyyat vasitələrinin, o cümlədən, 11 və 199 nömrəli müntəzəm marşrut xətt avtobuslarının Əhməd bəy Ağaoğlu küçəsinə rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti