...

Azərbaycanda 34 yeni məktəb binası tikilir (FOTO)

Cəmiyyət Materials 24 Avqust 2018 19:09 (UTC +04:00)
Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.
Azərbaycanda 34 yeni məktəb binası tikilir (FOTO)

Bakı. Trend:

Yeni dərs ilinə hazırlıq çərçivəsində ümumi təhsil müəssisələrinin tikintisi və təmiri davam etdirilir.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda ölkəmizin müxtəlif bölgələrində 34 yeni məktəb binası tikilir, 22 məktəb binasında isə əsaslı təmir-bərpa işləri aparılır. 2018-ci ildə respublika ərazisində 137 modul tipli təhsil müəssisəsi istifadəyə veriləcək.

Ümumilikdə Bakı şəhəri və ölkənin 54 rayonu olmaqla 193 obyektdə işlər aparılır.

Xəbər lenti

Xəbər lenti