...

Abituriyentlərin nəzərinə!

Cəmiyyət Materials 1 Sentyabr 2018 12:03 (UTC +04:00)
Abituriyentlərin nəzərinə!
Abituriyentlərin nəzərinə!

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 11-ci nömrəsini nəşr edib.

Mərkəzdən Trend-ə verilən məlumata görə, jurnalın bu nömrəsində 2018/2019-cu tədris ili üçün Azərbaycan Respublikasının tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma qaydası, qəbul aparılan ixtisasların siyahısı, plan yerləri haqqında məlumatlar Azərbaycan və rus dillərində dərc olunmuşdur.

Jurnalı aşağıdakı ünvanda yerləşən “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.
Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti