...

Day.Az informasiya portalının 15 yaşı olur

Cəmiyyət Materials 4 Sentyabr 2018 08:00 (UTC +04:00)
Bu gün Azərbaycanın yeganə informasiya portalı Day.Az-ın fəaliyyətə başlamasından 15 il ötür.
Day.Az informasiya portalının 15 yaşı olur

Bakı. Trend:

Bu gün Azərbaycanın yeganə informasiya portalı Day.Az-ın fəaliyyətə başlamasından 15 il ötür.

Trend-in məlumatına görə, Day.Az mütəmadi olaraq operativ informasiya, orijinal publisistik materiallar təqdim edir, eləcə də ölkə və beynəlxalq miqyaslı hadisələrlə bağlı mövzular işləyir.

Portal dəqiqliyi və operativliyi ilə fərqlənən xəbərlərlə yanaşı, daim öz oxucularını iş vakansiyaları və ya hava proqnozu kimi yeni ideya və layihələrlə sevindirir. İlk mənbədən valyuta məzənnələri barədə ən dəqiq məlumatı əldə etmək üçün oxucuya “Pul” servisi xidmət edir. “Aviareyslər” Heydər Əliyev Beynəlxalq Hava Limanından bütün istiqamətlərə uçuşlar barədə tam məlumat verir, “Hava” isə sizi Bakı iqliminin “sürpriz”lərindən qoruyur. “İş” servisi getdikcə böyük populyarlıq qazanır. Burada həqiqətən də arzu edilən işi tapmaq olar və bir çoxları artıq buna nail olub. “DayTube” məlumat-əyləncə servisi isə artıq öz izləyicisini qazanıb.

Day.Az-ın yeni layihələri internetin Azərbaycan seqmentinin innovativ inkişafına stimul verir və milli informasiya məkanını daha da zənginləşdirir.

Portalın baş redaktoru Emin Əliyev öz növbəsində bildirib ki, Day.Az istifadəçilərə orijinal publisistik materiallar təqdim etməklə, öz redaksiya siyasətində hadisələrin müstəqil müəllif qiymətləndirilməsinə əsaslanır: "Yubiley ili Day.Az üçün daha bir mühüm hadisə – geniş Rusiya informasiya məkanına çıxışla əlamətdar oldu. Day.Az bu gün Azərbaycan internet məkanında liderlərdən biridir. Portralın oxucu auditoriyası sosial şəbəkələrdə də sürətlə artır. Day.Az-ın təkcə “Facebook”da rusdilli səhifəsinə 200 mindən çox istifadəçinin üzv olduğunu, “DayTube” videoportalının isə təqribən 430 000 unikal isitfadəçisi olduğunu demək kifayətdir. Day.Az digər platformaları – “Twitter” və “Telegram”ı da fəal inkişaf etdirir".

TREND İnformasiya Agentliyinin kollektivi həmkarlarını bu əlamətdar gün münasibətilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti