...

Təhsil Nazirliyi məktəb formaları ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirdi

Cəmiyyət Materials 5 Sentyabr 2018 11:18 (UTC +04:00)
Təhsil Nazirliyi məktəb formalarının yalnız məktəb direktorlarının söylədiyi ticarət obyektlərindən alınması ilə bağlı valideynlər arasında yaranan narazılıqlara aydınlıq gətirib.
Təhsil Nazirliyi məktəb formaları ilə bağlı yaranan narazılıqlara aydınlıq gətirdi

Bakı. İlhamə İsabalayeva - Trend:

Təhsil Nazirliyi məktəb formalarının yalnız məktəb direktorlarının söylədiyi ticarət obyektlərindən alınması ilə bağlı valideynlər arasında yaranan narazılıqlara aydınlıq gətirib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov bildirib ki, heç bir məktəb rəhbəri və ya müəllimi məktəbli formasının satışı ilə məşğul ola bilməz.

Onun sözlərinə görə, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, məktəblərdə təhsilalanların geyim forması hər bir məktəbin öz daxili nizamnaməsi ilə müəyyən olunur:

"Məktəb geyim formasının satışı ilə məşğul olmur. Valideynlər məktəbli formasını istənilən ticarət obyektindən əldə edə bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti