...

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanlarına qeydiyyat davam edir

Cəmiyyət Materials 10 Sentyabr 2018 10:48 (UTC +04:00)
Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 12 və 22-də növbəti sınaq imtahanları keçiriləcək.
Dövlət qulluğuna qəbul üçün sınaq imtahanlarına qeydiyyat davam edir

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olunmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə sentyabrın 12-i və 22-də növbəti sınaq imtahanları keçiriləcək.

DİM-dən Trend-ə verilən məlumata görə, sınaq imtahanları AA, AB, AC, BA, BB qrupları üzrə aparılacaq. İmtahanlar saat 10.00-da başlanacaq.

Namizədlər imtahanı mərkəzin Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanındakı binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verəcəklər. Qeyd olunan imtahanlarda iştirak üçün online qeydiyyat müvafiq olaraq sentyabrın 12 və 22-də saat 9.00-da başa çatacaq. Qeydiyyatdan keçmək üçün http://eservices.dim.gov.az/dqq/Exam/TestExamRegCom keçidinə daxil olmaq lazımdır.

Sınaq imtahanlarında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar. Kabinet yaradılan zaman onun pul hesabı da açılır. “Şəxsi kabinet”də olan hesaba vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat payment.dim.gov.az saytında verilib) faydalanmaq olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait qoyulduqdan sonra sınaq imtahanlarında iştirak üçün DİM-in saytında online qeydiyyatdan keçmək lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti