Bakı. İlhamə İsabalayeva - Trend:
Əmək bazarının dəyişən və artan tələbləri nəzərə alınaraq, bu il 33-ü yeni ixtisas olmaqla, ümumilikdə 168 ixtisas üzrə peşə təhsili mərkəzlərinə tələbə qəbulu həyata keçirilir.
Trend-in məlumatına görə, bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, bu il ölkədəki bütün “Asan xidmət” mərkəzləri vasitəsilə peşə təhsili müəssisələrinə sənəd qəbulu həyata keçirilib.
Sənəd qəbulunun hazırda da davam etdiyini deyən nazir indiyədək 15 mindən çox gəncin sənəd verdiyini xatırladıb.
C.Bayramov qeyd edib ki, hazırda Azərbaycan və Koreya hökumətlərinin birgə kredit layihəsi çərçivəsində ölkəmizdə Sənaye və İnnovasiyalar üzrə Peşə Tədris Mərkəzinin bazasında yeni, 8 istiqaməti əhatə edən, dünya səviyyəli, müasir peşə tədris mərkəzinin yaradılması üçün işlər aparılır: “Bu ilin yanvar ayında təməlqoyma mərasimi olub. 2019-cu ilin yay aylarında layihəyə start verilməsi gözlənilir”.