...

"Sağlam Ailə" Tibb Mərkəzi “Müəllimlər günü” münasibətilə endirim aksiyası keçirir

Cəmiyyət Materials 29 Sentyabr 2018 16:08 (UTC +04:00)
Sağlam Ailə Tibb Mərkəzi “Müəllimlər günü” münasibətilə 5-6 oktyabr tarixlərində endirim aksiyası elan edir.
"Sağlam Ailə" Tibb Mərkəzi “Müəllimlər günü” münasibətilə endirim aksiyası keçirir

Bakı. Trend:

Müəllimlər bütün dövrlərdə öz peşəkar keyfiyyətləri ilə yanaşı, mənəvi məsuliyyəti ilə daima hər birimiz üçün dəyərli olub və şərəfli missiya daşıyaraq təhsilə, insan tərbiyəsinə cavabdehlik daşıyıb.

Ulu öndər Heydər Əliyev vurğulayıb: "Müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini-uşaqların tərbiyəsini yalnız ona etibar edir".

Sevindirici məqam ondan ibarətdir ki, respublikamızda müəllim peşəsinin nüfuzu ildən-ilə artır. Bunu həm müəllimlik peşəsini seçən gənclərin göstəricisi, həm də müəllim kimi çalışan gənclərin daim artan peşəkar səviyyəsi göstərir.

Dəyərli müəllimlərimizin əməyini daima yüksək qiymətləndirən Sağlam Ailə Tibb Mərkəzi də öz növbəsində müəllimlərimizi təbrik etmək məqsədilə “Müəllimlər günü” münasibətilə 5-6 oktyabr tarixlərində endirim aksiyası elan edir.

Aksiya çərçivəsində müəllimlər Sağlam Ailə Tibb Mərkəzinin Asif Məhərrəmov 156C-də yerləşən Ultralab filialında həm laborator, həm də poliklinik xidmətlərdən 30% endirimlə istifadə edə biləcək.

Əziz müəllimlərimiz, Sağlam Ailə Tibb Mərkəzi olaraq, hər birinizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, gələcək uğurlarınızın davamlı olmasını arzulayırıq!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti