...

Qaradağda Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü qeyd edilib (FOTO)

Cəmiyyət Materials 5 Oktyabr 2018 10:59 (UTC +04:00)
Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü və 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.
Qaradağda Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü qeyd edilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü və 2017-2018-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunların mükafatlandırma tədbiri keçirilib.

Qaradağ Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, tədbirdə RİH başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri məktəb direktorları, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış məzunlar iştirak edib.

Giriş nitqi ilə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov ilk öncə Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimləri və ali məktəblərə qəbul imtahanlarında yüksək nailiyyətlərlə tələbə adını qazananları təbrik edərək onlara şəxsi həyatlarında, fəaliyyətlərində və təhsildə uğurlar arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları öz töhfələrini verməkdədir. Məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazalarının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir.

Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov çıxış edərək Azərbaycanda müəllim əməyinə və şəxsiyyətinə daim yüksək qiymət verildiyini bildirən natiq, müstəqil Azərbaycanın gələcəyinin məhz müəllim əməyinin düzgün təşkilindən, gənc nəslin təlim-tərbiyəsi işinə göstərilən qayğıdan daha çox asılı olduğunu qeyd edib.
Hər il rayon üzrə ali məktəblərə qəbul olan, 600-dən çox bal toplamış, tələbə adını qazanan məzunların sayının artmasını dövlətimiz tərəfindən təhsilə göstərilən diqqətin nəticəsidir.

Bundan əlavə rayon İcra hakimiyyətinin başçısı Süleyman Mikayılov bu il Qaradağ rayonunun əldə etdiyi yüksək nəticəni xüsusi vurğulayaraq bildirib ki, ötən illərlə müqayisədə ali məktəblərə daxil olan məzunlarımızın nəticələri yüksəkdir.

Qaradağ rayonu üzrə orta məktəbi 1257 nəfərin bitirdiyini, ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edən 895 abituriyentin 67,4 faizi, yəni 604 nəfəri tələbə adını qazandığı, onlardan 42 nəfərin isə 600-dən çox bal topladıqları diqqətə çatdırılıb.

Məzunlardan Fətullazadə Cəmilə Əlyar qızı 682 bal, Həmzəyev Əli Ənvər oğlu 681 bal və bal toplayaraq Azərbaycanın yüksək ali təhsil ocaqlarında təhsil alma hüququ qazanıblar.

Daha sonra çıxış edən yeni tələbə adını qazanmış məzunlar, direktorlar göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda Beynəlxalq Müəllimlər Günü münasibət i ilə 5 müəllim Fəxri fərmanla təltif edildi və ali məktəblərə 600-dən çox bal toplamış 42 məzuna Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

Daha sonra Qaradağ Rayonunun Sahil qəsəbəsindəki “Xəzri” Şadlıq sarayında RİH və Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr - Beynəlxalq Müəllimlər gününə həsr olunmuş tədbir keçirilib.

Rayon İcra Hakimiyyətinin aparatı, rayonun təhsil müəssisələrinin rəhbərləri və qabaqcıl təhsil işçilərinin qatıldığı tədbiri giriş sözü ilə açan Təhsil işçiləri Azad Həmkarlar İttifaqı Qaradağ rayon Komitəsinin sədri Zümrüd Rzayeva elmə, təhsilə daim yüksək münasibət bəslənildiyini bildirmiş, müəllimlik sənətinin tarixən cəmiyyətin ən şərəfli peşələrindən biri olduğunu xüsusi vurğulayıb.

Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov Azərbaycanda təhsilə münasibətin ciddi şəkildə dəyişdiyini bildirərək, ulu öndərimiz Heydər Əliyevin təhsilə və təhsil işçilərinə göstərdiyi diqqət və qayğıdan danışıb, dahi rəhbərimizin müdrik siyasətini bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Qaradağ Rayon İcra Hakimiyyət başçısının müavini Təranə İsmayılova müəllimləri əlamətdar bayram münasibətilə təbrik edib, yetişməkdə olan gənc nəslin təlim-tərbiyəsi işində onlara daha böyük uğurlar arzulayıb. Yüksək diqqətə görə rayonun təhsil işçiləri adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirib, məktəblərin infrastrukturunun yeniləşməsi sahəsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan təhsilinin inkişafında, onun maddi-texniki bazasının möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirərək xüsusi qeyd edib.

Rayon üzrə ali məktəblərə bu il 895 nəfər sənəd verib, onlardan 604 nəfəri tələbə adını qazanıb. Qaradağ rayonunda təhsil sahəsində əldə edilən nailiyyətlər ilbəil artır. Bu il 42 şagird 600-dən yuxarı bal toplayaraq respublikamızın qabaqcıl ali məktəblərinə daxil olublar.

Təhsildə fərqlənən qabaqcıl müəllimlər qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Tədbir məktəblilər tərəfindən hazırlanmış bədii hissə ilə davam edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti