...

Tümendən Azərbaycana 6 vaqon kartof tədarük edildi

Cəmiyyət Materials 9 Oktyabr 2018 19:55 (UTC +04:00)
Rusiyanın Tümen vilayətinin ən iri kənd təsərrüfatı müəssisələrindən olan “KriMM aqrofirması” MMC bu il Azərbaycana ilk kartof partiyasını tədarük edib
Tümendən Azərbaycana 6 vaqon kartof tədarük edildi

Bakı. Trend:

Rusiyanın Tümen vilayətinin ən iri kənd təsərrüfatı müəssisələrindən olan “KriMM aqrofirması” MMC bu il Azərbaycana ilk kartof partiyasını tədarük edib.

Trend-in məlumatına görə, artıq 6 vaqon kartof Azərbaycana yola salınıb.

Yükün ümumi həcmi 372 ton təşkil edir.

Qeyd olunur ki, göndərilməmişdən əvvəl məhsul karantin nəzarətindən keçirilib və ekspertiza nəticəsində karantin obyektləri aşkar olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti