Bakı. İlhamə İsabalayeva - Trend:
Badamdardakı sürüşmə sahəsində monitorinq və müşahidələr aparılır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Trend-ə verilən məlumata görə, sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən sürüşmə kütləsindən axıb gəlmiş quruntun yerdəyişməsi müşahidə olunur.
Yuxarı qatda, istinad divarlarında nisbi dəyişiklik olsa da, ümumi prosesdə aktivlik qeydə alınmayıb.