...

Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2018 09:57 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) möhtəşəm Konqres zalında Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi" filminin 45 illiyi münasibəti ilə filmin özü nümayiş olunub.
Bakı Ali Neft Məktəbində “Nəsimi” filmi nümayiş edildi (FOTO)

Bakı. Trend:

Bakı Ali Neft Məktəbinin (BANM) möhtəşəm Konqres zalında Azərbaycan kino salnaməsində özünəməxsus yer tutan "Nəsimi" filminin 45 illiyi münasibəti ilə filmin özü nümayiş olunub. Azərbaycan xalqının görkəmli şair və filosofu, hürufi təriqətinin nəğməkarı, insan zəkasının, istedadının və hisslərinin gözəlliyinin tərənnümçüsü İmadəddin Nəsiminin anadan olmasının 600 illiyinə həsr olunmuş bu film Azərbaycanın görkəmli rejissoru Həsən Seyidbəylinin rəhbərliyi altında çəkilib.

Ali Məktəbdə ilk dəfə nümayiş etdirilən filmi BANM-ın tələbə və professor-müəllim heyətilə yanaşı rektor Elmar Qasımov, Xalq artisti, “Şərəf” və "Şöhrət" ordenli görkəmli Azərbaycan aktyoru Rasim Balayev, C.Cabbarlı adına Azərbaycanfilm kinostudiyasının direktoru Müşfiq Hətəmov, Azərbaycanın Xalq artisti, kinorejissor və ssenarist Əbdül Mahmudov və filmdə “Fatma” obrazını canlandıran Əməkdar artist Xalidə Quliyeva izləyiblər.

Yazıçı İsa Hüseynovun "Məhşər" romanı əsasında çəkilən filmdə baş rolu aktyor Rasim Balayev oynayıb. Bu rol o zaman 25 yaşında olan aktyorun ilk işi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti