Bakı. Ləman Zeynalova - Trend:
2019-cu ilin birinci rübünün sonunadək Azərbaycan qazının Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) üzrə qaz nəqli ilə bağlı sazişin imzalanması gözlənilir.
Bunu Trend-ə Bolqarıstanın ICGB layihə şirkətinin icraçı direktoru Teodora Georgiyeva deyib.
O bildirib ki, şirkət 2019-cu ilin fevralınadək IGB-nin istifadə verilməsi qaydalarını razılaşdırma prosesini başa çatdırmaq niyyətindədir.
T.Georgiyeva əlavə edib ki, layihə çərçivəsində prosedurların əksəriyyəti başa çatıb və ya başa çatmaq üzrədir.